Şriftin ölçüsü :

Saytın rəngi :

Bu kəndlərin icra nümayəndələri hesabat verdilər

12 yanvar 2018 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təzəkənd, Şiştəpə, Tatarlı və Sarıtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2017 – cı ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Şiştəpə İƏD üzrə nümayəndənin hesabat iclasında İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Tatrlı kənd İƏD üzrə nümayəndənin hesabat iclasında isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev, Sarıtəpə kənd İƏD üzrə nümayəndənin hesabat iclasında isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Ruhid Hacıyev iştirak ediblər.

Kənd sakinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təzəkənd, Şiştəpə, Tatarlı və Sarıtəpə kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Keçidlər