Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkir media məktəbi” layihəsi çərçivəsində son təlim keçirilib

12 yanvar 2018 | 16:00

Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqənin nəticələrinə əsasən qalib olmuş “Şəmkir media məktəbi” layihəsi çərçivəsində “Siyasi xəbərlər, rəsmi xronika və idman xəbərlərinin hazırlanması” mövzusunda son təlim keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramin Cəfərov, layihə rəhbəri Jalə Kamalova, Şəmkir rayonunda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, əməkdaşları və mediaya marağı olan gənclər iştirak etdilər.

Layihənin son günündə Elgün Seyidov gənclərə siyasi xəbərlərin, idman xəbərlərinin yazılması, saytlara xəbərlərin yerləşdirilməsi, sosial şəbəkələrdən istifadə qaydaları və digər mövzular barədə təlim keçib. Təlimdə mediaya marağı olan gənclərin sualları cavablandırılıb, bu sahəyə aid müzakirələr aparılıb.

Keçidlər