Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ildə Kür qəsəbəsində hansı işlər görülüb?

11 yanvar 2018 | 16:00

Bu gün Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun iştirakı ilə Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin 2017 – cı ilin yekunlarıa dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Vaqif Maarif oğlu hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verdi.

Vaqif Əliyev məruzəsində bildirib ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib.

Daha sonra 2018-cü ildə görüləcək işlər barədə danışan V.Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun bütün işlərə ciddi nəzarət etdiyini və hər bir icra nümayəndəsinin qarşısında konkret vəzifələr qoyduğunu bildirdi. Qeyd etdi ki, rayon rəhbərliyinin qayğısı ilə 2018-ci ildə görüləcək işlərə hər olduğu kimi bu il də ciddi yanaşacaqlarına və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.

Hesabatda çıxış edən Kür qəsəbə bələdiyyəsinin sədri Əliyev Sahib Qasım oğlu da məruzəsində qəsəbə bələdiyyəsinin 2017-ci ildə gördüyü işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışdı.

Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı.

İcra başçısı həmçinin qeyd edib ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub.

Cənab Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı.

Keçidlər