Şriftin ölçüsü :

Saytın rəngi :

Çinarlı qəsəbə, Dəllər qəsəbə, Abbaslı, Əliyaqublu, Bayramlıda hesabat yığıncaqları keçirildi

10 yanvar 2018 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə, Abbaslı, Əliyaqublu, Bayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2017 – cı ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Əliyaqublu İƏD üzrə nümayəndənin hesabat iclasında İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Abbaslı kənd İƏD üzrə nümayəndənin hesabat iclasında isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev, Bayramlı kənd İƏD üzrə nümayəndənin hesabat iclasında isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Ruhid Hacıyev iştirak ediblər.

Kənd sakinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə, Abbaslı, Əliyaqublu, Bayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.

 

Keçidlər