Şriftin ölçüsü :

Saytın rəngi :

Bu kəndlərin icra nümayəndələri hesabat verdilər

06 yanvar 2018 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Mahmudlu, İsgəndərli, Şeyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2017 – cı ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, İsgəndərli İƏD üzrə nümayəndənin hesabat iclasında icra hakimiyyərinin Memarlıq və tikinti şöbəsinin müsiri Ramiz Rəhimov, Şeyidlər kənd İƏD üzrə nümayəndənin hesabat iclasında isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev iştirak ediblər.

Kənd sakinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Mahmudlu, İsgəndərli, Şeyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Keçidlər