Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə yeni birliklərin yaranması işi davam etdirilir

27 dekabr 2017 | 16:00

Şəmkirdə "Sudan istifadə edənlər" birliklərinin yenilənməsi prosesi davam edir.

Bunun üçün rayonunda "Sudan İstifadə edənlər" biliklərinə sədr və üzvlər seçilir. Bu işlər isə yerli sakinlərin səsverməsi ilə aparılır.
Bu gün isə da bir neçə "Sudan İstifadə edənlər" birliyi təşkil olunub.

Belə ki, rayonun Sabirkənd, Sarıtəpə, Zəyəm qəsəbəsini özündə birləşdirən yeni bir SİB yaradıldı. Eyni zamanda Bayramlı və Düyərlini birləşdirən Düyərli SİB və Şiştəpə ilə İrmaşlını birləşdirən Şiştəpə SİB yenidən təşkil olundu.

Onu da qeyd edək ki, kəndlərdə keçirilən seçkilərin nəticəsinə görə birliyə bir sədr və hər kənddən bir üzv seçilib.

Yeni "Sudan İstifadə edənlər" birliklərinə seçkilərdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin və Şəmkir Suvarma Sistemləri idarəsinin əməkdaşları, Şəmkir rayon İcra Hakimiyyətinin qeyd olunan İƏD üzrə nümayəndələri, Bələdiyyə sədrləri, birliyin üzvüləri və həmin kəndlərin sakinləri iştirak ediblər.

Keçidlər