Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir birinciliyi başa çatdı - Qaliblər mükafatlandırıldı

26 dekabr 2017 | 16:00

Bu gün Şəmkir Olimpiya İdman Kompleksinin futbol meydançasında Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şəmkir Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən futbol üzrə rayon birinciliyinin final matçı baş tutub.

Finalda Şəmkir şəhərinin "Qaryağdı" və Zəyəm qəsəbəsinin eyniadlı klubu qarşılaşıb. İkincilərin üstünlüyü ilə keçən matç hesaba da öz təsirini göstərib. Belə ki, "Zəyəm" rəqib qapısına 5 cavabsız qol vurub. "Zəyəm"in əzimkarlığının heç cürə qarşısını ala bilməyən şəhərlilər ikici yerin sahibi olub.

"Qaryağdı" - "Zəyəm" 0:5

Qeyd edək ki, yarımfinalda "Qaryağdı" "Kür qəsəbəsi"ni, "Zəyəm isə "Şəmkir" komandasını mübarizədən kənarlaşdırmışdı.

3-cü yer uğrunda matçda isə "Şəmkir" "Kür qəsəbə" ilə qarşılaşmalı idi. Lakin qəsəbə futbolçuları meydana çıxmadığından "Şəmkir" komandası 3-cü yerin qalibi elan olunub.

Qarşılaşmadan sonra qalib komandalara təşkilatçılar tərəfindən pul mükafatları verilib.

1-ci yerin qalibi "Zəyəm" komandası 5000 AZN

2-ci yerin qalibi "Qaryağdı" komandası 3000 AZN

3-cü yerin qalibi "Şəmkir" komandası 1500 AZN

Bütün qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Keçidlər