Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə SİB-lər müasir tələblərə uyğun formalaşdırılır

25 dekabr 2017 | 16:00

Şəmkirdə yeni "Sudan istifadə edənlər" birlikləri tamamilə yenilənir.

11 dekabr 2017-ci il tarixindən etibarən Şəmkir rayonunda "Sudan İstifadə edənlər" birliklərinin yenidən təşkili üçün seçkilər başlayıb.

Artıq bu günə qədər Şəmkir ərazisində seçki yolu ilə ona yaxın "Sudan İstifadə edənlər" birliyi yaradılıb

Bu günlərdə isə rayonun Dəllər Cəyir, Dəllər Cırdaxan, Zəyəm Cırdaxan, İsgəndərli kəndlərində bir neçə ətraf kəndi birləşdirən yeni SİB-lər yaradıldı.

Yeni "Sudan İstifadə edənlər" birliklərinə seçkilərdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin və Şəmkir Suvarma Sistemləri idarəsinin əməkdaşları, Şəmkir rayon İcra Hakimiyyətinin qeyd olunan İƏD üzrə nümayəndələri, Bələdiyyə sədrləri, birliyin üzvüləri və həmin kəndlərin sakinləri iştirak ediblər.

İclasda eyni zamanda yeni yaradılan “Sudan istifadə edənlər" birliyinin idarə heyyətinə sədr və yeddi nəfərdən ibarət üzvlər seçilib.
Onu da qey edək ki, Şəmkirin 40 min hektar suvarılan sahəsinin su ilə təminatı üçün əsasən Şəmkirçay Su Anbarından istifadə olunur.

Keçidlər