Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə daha bir SİB yaradıldı

13 dekabr 2017 | 16:00

Şəmkirdə yeni "Sudan istifadə edənlər" birlikləri yaradılır.

Şəmkir rayonunda "Sudan İstifadə edənlər" birliklərinin yenidən təşkili üçün seçkilər davam etdirilir.

Bu gün Şəmkir rayon Qılıncbəyli, Qaralar, Qasım İsmayılov "Sudan İstifadə edənlər" birliyinin birləşdirilməsi ilə bağlı iclas keçirilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, İcra Hakimiyyətinin məsul işçiləri, Şəmkir Suvarma Sistemləri idarəsinin əməkdaşları, adı çəkilən kəndlərin İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, birliyin üzvüləri və kənd sakinləri iştirak edib.

İclasda adı çəkilən “Sudan istifadə edənlər" birlikləri birləşərək yerində yeni SİB yaradılıb.

Eyni zamanda yeni yaradılan “Sudan istifadə edənlər" birliyinin idarə heyətinə yeni sədr və 4 nəfərdən ibarət üzvlər seçilib.

Adı çəkilən kənd sakinlərinin səs çoxluğu ilə Quliyev Vüqar Məhəmməd oğlu “Sudan istifadə edənlər" birliyinin idarə heyətinin yeni sədri seçilib.

Onu da qey edək ki, Şəmkirin 40 min hektar suvarılan sahəsinin su ilə təminatı üçün əsasən Şəmkirçay Su Anbarından istifadə olunur.

 

 

Keçidlər