Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

07 dekabr 2017 | 16:00

Şəmkir rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, 07 dekabr 2017-ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ordumuzun hərbi qüdrətinin yüksək səviyyədə olduğunu qeyd edib.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov gənclərin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və digər çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusu kimi işğal altında olan torpaqlarımızı azad etməyə daim hazır olduğunu qeyd ediblər.
Mərasimdə şəhid ailəsinin nümayəndəsi, Qarabağ Müharibəsi veteran, çağırışaqədərki hazırlıq rəhbəri, çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagird, hazırda hərbi hissədə nümunəvi xidmət edən əsgərlər mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Şəmkir rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Keçidlər