Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir gəncləşir - rayonda gənclər siyasətinin uğurları

02 dekabr 2017 | 16:00


Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Daha lakonik ifadə etsək, gənclərə münasibət həmin dövlətin gələcəyinə münasibətidir.

Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır. Bu yöndə aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə aktiv iştirak edirlər.

Gənclərlə iş sahəsində görülən tədbirlər Şəmkir rayonunda da uğurla icra edilir. Rayon rəhbərliyinin dəstəyi Şəmkir gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.

Bu sahədə siyasətin düzgün qurulmasının nəticəsidir ki, artıq Şəmkirdə fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər yaranır, gənclər dövlət orqanlarında özlərini göstərməyə başlayır.

Bu tədbirlərin davamı olaraq bu günlərdə daha iki gəncin Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən rayonun Yeni Həyat və Keçili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinə təyinatları olub.

Belə ki, Namazov Natiq Qəzənfər oğlu bundan sonra Yeni Həyat kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndə, Mikayılzadə Mikayıl Ayaz oğlu isə Keçili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışacaq.

Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevin iştirakı ilə yeni kadr təyinatı üzrə kəndlərdə nümayəndəliyin kollektivinə və kənd sakinlərinə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Rasim Mustafayev bildirib ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir: “Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır”.

Rasim Mustafayev Şəmkir rayonunda gənclərə ayrılan diqqətdən də danışıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti bu gün Şəmkir rayonunda da uğurla icra olunur. Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Əgər əvvəllər istedadlı Şəmkir gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Şəmkir gəncinin yetişməsi üçün rayonumuzda rəhbərlik tərəfindən lazımi şərait yaradılmışdır”.

Keçidlər