Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə vətəndaşların şəxsiyyət vəsiqələri yerində dəyişdirilir

23 noyabr 2017 | 16:00

Şəmkir Rayon Polis Şöbəsi və Şəmkir rayon İcra Hakimiyyəti Başçısının İnzibati ərazi dairələri üzrə nümayəndəliklərinin birgə təşkilatçılığı ilə kənd və qəsəbələrdə istifadə müddəti başa çatmış şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi prosesi davam edir. 

Tərtib olunmuş qrafikə uyğun olaraq Şəmkir rayonunun Zəyəm və Kür qəsəbələirndə, Zəyəm Cırdaxan və Yuxarı Seyfəli kəndlərində vətəndaşlara xidmət göstərilmiş və ümumilikdə 357 nəfər vətəndaşın şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün ərizə forması doldurularaq müraciətləri qeydə alınıb.

Keçidlər