Şriftin ölçüsü :

Saytın rəngi :

"Düşmənə nifrətim, qəzəbim sönməz. Düşmən ölmədikcə qəlbim sevinməz!"- Körpələrimiz

24 noyabr 2017 | 16:00

Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçamın təqdimatı" başlığı altında layihə həyata keçirilir. Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir şəhər 8 saylı körpələr-evi uşaq bağçasının fidanları etdi.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Aparatın əməkdaşları, məktəb direktorları, "Gənc Müəllimlər Birliyi"nin və "Gənc Tərbiyəçilər Birliyi"nin üzvləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və pedaqoji heyəti iştirak edib.

Hər bir insanın qəlb evində ana kimi müqəddəs, ülvi və şirin bir hiss yaşayır. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Bu mübaliğəyə varmadan demək olar ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır Vətən eşqi, Vətən sevgisi. Bu sevgini 8 saylı körpələr-evi uşaq bağçasının fidanları öz çıxışlarında nümayiş etdirdi. Belə ki, “Heydər baba” mahnısı, “Bayraq rəqsi”, “Torpaq” , “Peşə sevənlər” və “Hərbi ” səhnəcikləri, “Mickey mouse”, “Dəcəl qızlar”, “Qaraca qız” və "İspan" rəqsləri, “Əsgər marşı” qonaqların marağına səbəb olub.

 

Keçidlər