Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirli məktəblilər Lənkarana yola düşüblər

11 noyabr 2017 | 16:00

Bu gün Şəmkir rayonunun ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Lənkarana yola salınıb.

Əvvəlcə tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri qoyublar.

Yolasalma mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Şəmkir Rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, valideynlər və məktəblilər iştirak edib.

Yolasalma mərasimində İcra başçısının birinci müvini Qüdrət Əliyev çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıb. Bildirib ki, layihə, şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümumilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etməkdə xüsusi əhəmiyyət kəsb edir.

Keçidlər