Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənc Həkimlər Birliyi"nin növbəti təşəbbüsü Əliyaqubluda - FOTOLAR

06 noyabr 2017 | 16:00

Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.

Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardım göstəriləmsini təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təsis edilmiş "Gənc Həkimlər Birliyi" rayonun Əliyaqublu kəndində 82 nəfər sakinin tibbi müayinəsini həyata keçirib.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Müayinədən keçən sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və "Gənc Həkimlər Birliyinə" minnətdarlıqlarını bildiriblər.

Keçidlər