Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənclərbirliyi" növbəti mərhələdə

05 noyabr 2017 | 16:00

Şəmkir futbol birinciliyində keçirilən oyunda böyük hesablı bərabərlik qeydə alınıb.

Futbol üzrə Şəmkir rayon birinciliyində E qrupu üzrə IV turun qarşılaşması baş tutub.

Belə ki, Şəmkir şəhərinin "Gənclərbirliyi" komandası "Təzəkənd" ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matçda 10 qol vurulmasına baxmayaraq, qalib müəyyənləşməyib. Qarşılaşma 5:5 hesabı ilə sona çatıb. Bu məhsuldar heç-heçədən sonra "Gənclərbirliyi" növbəti mərhələyə vəsiqəni təmin edib.

Keçidlər