Şriftin ölçüsü :

Saytın rəngi :

Zəyəm Cırdaxan bələdiyyəsində BAMS-ın tətbiq edilməsi məsələsi müzakirə edilib

01 noyabr 2017 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarının iştirakıyla rayonun Zəyəm Cırdaxan bələdiyyəsində yerli vergi və ödənişlərin “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə işlənilməsinin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələr zamanı bələdiyyənin vergi müfəttişlərinə yerli vergi və ödənişlərin yığımının artırılması, uçot sisteminin dəqiqləşdirilməsi, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması barədə  metodik tövsiyyələr verilib.

Belə qərara alınıb ki, gələcəkdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanması kimi məsələlər bu sistemdə  ətraflı şəkildə təmin edilsin.

Qeyd edək ki, Şəmkir RİH-nin təşəbbüsü ilə bu silsilədə müzakirələr ardıcıl olaraq rayonun bütün bələdiyyələrində aparılacaqdır.

Keçidlər