Şriftin ölçüsü :

Saytın rəngi :

Təbriklər "Qarabağ"!

01 noyabr 2017 | 16:00

Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə İspaniyanın “Atletiko" klubunun qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmağı bacarıb.

31 oktyabr

Çempionlar Liqası

C qrupu

“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 1:1
Qollar:
Miçel, 40 (0:1), Thomas, 56 (1:1)

Qırmızı vərəqə: Pedro Enrike, 59 ("Qarabağ"), Saviç, 88 ("Atletiko"
Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu

Şəmkir Rayon İcra Hakimiyyəti olaraq bütün şəmkirlilər adından "Qarabağ" klubunu məhsuldar heç-heçə münasibəti ilə təbrik edir, növbəti oyunlarda uğurlar arzulayırıq.

Keçidlər