Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Seyfəli kəndinə daha bir gənc təyinat aldı

28 oktyabr 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən rayonun Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Abbasov Bəhruz Mülazim oğlu Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndənin müavini vəzifəsinə təyin olunub.

Yeni gənc kadr Abbasov Bəhruz bu gün Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevin iştirakı ilə Aşağı Seyfəli kənd nümayəndəliyinin kollektivinə və kənd sakinlərinə təqdim edilib.

Keçidlər