Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkir müasir görünüşü ilə Avropa şəhərlərini xatırladır"-Nazir Hüseyin Bağırov

26 oktyabr 2017 | 16:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov oktyabrın 26-da dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şəmkir rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə nazir Hüseyn Bağırov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Görüş başa çatdıqdan sonra Nazir Hüseyin Bağırov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Şəmkirdə aztəminatlı ailələr üçün salınmış meyvə bağları olan əraziyə baxış keçiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ərazidə görülən işlər və nəzərdə tutulan layihələr haqqında məlumat verib.

İcra başçısı bildirib ki, ayrılmış 2,5 hektar ərazidə 1200 meyvə ağacı əkilib: “Salınan meyvə bağı Şəmkir rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələri arasında bölünərək onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr meyvə bağlarına qulluq göstərəcək, yetişdirilən məhsuldan maddi rifahlarını yaxşılaşdırmaq üçün istifadə edəcəklər”.

Hüseyn Bağırov ərazidə görülən işlərin tədqirəlayiq olduğunu bildirib: “Hiss olunur ki, əraziyə çox böyük diqqət ayrılıb. Burada örnək işlər görülüb. Bu bağların gələcəkdə əhəmiyyəti də çox olacaq.”

Nazir Hüseyin Bağırov Şəmkirin qısa zamanda inanılmaz dərəcədə dəyişdiyini bildirib: “Şəmkirə daxil olanda hiss olunur ki, burada həyat var. Rayon mərkəzinin səliqə-səhmanı ilə yanaşı xüsusi gözəllik verən yaşıllıqları da diqqət çəkir. Şəmkir müasir görünüşü ilə Avropa şəhərlərini xatırladır.”

Keçidlər