Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirin dağ kəndində müasir tipli xəstəxana istifadəyə verildi

21 oktyabr 2017 | 16:00

“Şəmkirdə rayonunda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, aparılan quruculuq işləri zamanı yeni səhiyyə, sağlamlıq ocaqları tikilir. Son illər rayonda səhiyyə müəssisələri əsaslı təmir edilir, tibb avadanlıqları və ləvazimatlarla təchiz olunur”.

Bu sözlər Şəmkir rayonunun Çənlibel kənd xəstəxanasının açılış mərasimində deyilib.

Açılış mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Cənab Alimpaşa Məmmədov bildirib ki, dövlət başçısının səhiyyə sistemində apardığı uğurlu islahatlar, regionlarda tibb ocaqlarının bərpa etdirilməsinə, sağlam cəmiyyətin formalaşmasına, əhaliyə daha yaxşı tibb xidməti göstərilməsinə şərait yaradıb: “Hər bir yaşayış məntəqəsində insanlara göstərilən qayğı onların rahatlığının təmin olunmasından başlayır”.

Sonda tədbir iştirakçıları xəstəxanada yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, daxili imkanlar hesabına təmir edilən Çənlibel kəndində istifadəyə verilən xəstəxana ətraf kəndlərin də sakinlərinə müasir tələblərə uyğun tibb xidmətinin göstərilməsinə imkan verəcək.

Çənlibel Kənd xəstəxanasında 27 tibb işçisi fəaliyyət göstərərir. Müasir standartlara uyğun xəstəxana 15 yerlik olmaqla terapiya, stomotologiya, ginekalogiya şöbələrindən ibarətdir.

Sonda tədbir iştirakçıları xəstəxanada yaradılmış şəraitlə tanış olublar.

Keçidlər