Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı görüş keçirib

11 oktyabr 2017 | 16:00

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Şəmkir rayon Prokuroru Azər Hətəmov və Prokurorun yeni təyin olunmuş müavini Ramil İsrafil oğlu Qurbanovla görüş keçirib.

İcra başçısı yeni təyinat münasibətilə Ramil Qurbanovu təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Yeni təyin olunmuş müavin də icra başçısına səmimi qəbula görə təşəkkürünü bildirib, məsuliyyətli və şərəfli peşəsini Şəmkir rayonunda davam etdirəcəyindən məmnun qaldığını vurğulayıb.

Qeyd edək ki, Ramil İsrafil oğlu Qurbanov bundan öncə Bakı şəhər Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin prokuroru vəzifəsində işləyib.

Keçidlər