Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların şəxsiyyət vəsiqələri yerində dəyişdirilir

10 oktyabr 2017 | 16:00

Şəmkir rayonunda vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə yerində dəstək göstərilir.


Şəmkir Rayon Polis Şöbəsi və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairələri üzrə nümayəndəliklərinin birgə təşkilatçılığı ilə kənd və qəsəbələrdə istifadə müddəti başa çatmış şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi prosesi həyata keçirilir.

Tərtib olunmuş qrafikə uyğun olaraq bu gün Şəmkir rayonunun Abbaslı kəndində vətəndaşlara xidmət göstərilmiş və 35 nəfərdən çox vətəndaşın şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün ərizə forması doldurularaq müraciətləri qeydə alınmışdır.

Qeyd edək ki, proses Şəmkir rayonunun bütün kənd və qəsəbələrində keçiriləcək.

 

Keçidlər