Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə təşviqat qrupları ideoloji işi dava etdirir

07 oktyabr 2017 | 16:00

Şəmkirdə təşviqat qrupları ideoloji işi dava etdirir.


Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən öyrənilməsi həyati zərurətə çevrilmişdir. Bununla əlaqədar ideoloji iş, xüsusi ilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir.

Şəmkir rayonu ərazisində ictimai-siyasi və təbliğat işinin səmərəliliyinin artırılması məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun 26 may 2017-ci il tarixli SƏRƏNCAMI-na əsasən təşviqat qrupları yaradılıb. Təşviqat qrupları rayonun müxtəlif qəsəbə və kəndlərində əhali ilə görüşlər keçirir, cəmiyyətimizdə gedən proseslərin əhaliyə çatdırılması və rayon sakinləri arasında düzgün qiymətləndirilməsi işini həyata keçirir.

Yaradılan təşviqat qrupunun növbəti yığıncağı rayonun Zəyəm Cırdaxan kəndində keçirilib. Görüşdə iştirak edən təşviqat qrupunun üzvüləri Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Zəyəm Cırdaxan İƏD üzrə nümayəndə Bayram Abdullayev, Zəyəm Cırdaxan kənd bələdiyyəsi Dilqəm İsmayılov iştirak ediblər.

Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski toplantını açıq elan edərək son dövrlərdə ölkədə və Şəmkir rayonunda aparılan işlər barəsində geniş məruzə edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən daxili və xarici siyasət kursuna uyğun olaraq Azərbaycan Respublikası bu gün beynəlxalq aləmdə böyük nüfuz qazanmış, iqtisadi və sosial mədəni sahələrdə yüksək nailiyyətlər əldə edib. Digər çıxış edənlər də ölkəmizdə və dünyada baş verən hadisələr haqqında sakinlərə ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan hazırda dünyanın ən sakit və təhlükəsiz ölkəsidir.

Keçidlər