Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkirin gözəlliyinə heyran oldum"- Yaponiyanın səfiri

05 oktyabr 2017 | 16:00

"Şəmkirin gözəlliyinə heyran oldum"- Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori

Bu gün Şəmkir rayonunun Atabəy kəndində Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilmiş tibb məntəqəsinin layihəsinin başa çatması ilə əlaqədar açılş mərasimi keçirilib.

Açılş mərasimindən öncə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori və Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb.

Rayon İcra Hakimiyyətinin binasında baş tutan görüşdə Alimpaşa Məmmədov qonaqları salamlayıb və onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib: “Yaponiya hökuməti ilə Azərbaycan arasında sıx dostluq əlaqələri var və bu münasibətlər uzun zamandan bəri dava edir. Sizin ölkəmizdə gördüyünüz xoşniyyətli işlər bizi çox sevindirir. Bu gün də belə bir mötəbər tədbirdə sizi rayonumuzda görməkdən çox məmnunuq”.

Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səfir Teruyuki Katoriyə rayon haqqında məlumat verib: “Şəmkir Azərbaycanın inkişaf etmiş rayonlarından biridir. Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycanda olan istixanaların böyük əksəriyyəti Şəmkirdə yerləşir. Biz ildə 10 min tondan çox pomidor və xiyar istehsal edib xarici bazarlara ixrac edirik. Rayonumuzda olan istixanalarda 15 mindən çox işçi çalışır ki, bunların da 10 minə yaxını şəmkirli qalanı isə ətraf rayonlardan gələnlərdir”.

İcra başçısı Azərbaycanın hər yerində olduğu kimi Şəmkirin də tolerant bir rayon olduğunu bildirib: “Şəmkirdə 18 müxtəlif xalqın nümayəndəsi yaşayır. Onlar rayonumuzda xoşbəxt və firavan həyat sürürlər. Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də bu məsləyə xüsusi diqqət ayrılır”.
Alimpaşa Məmmədov Şəmkirdəki alman mədəniyyəti haqda da qonağa məlumat verib: “Rayonumuz Azərbaycandakı ən qədim alman məskənlərindən biridir. Şəmkirin 5 əsas küçəsi almanlar tərəfindən salınıb. Bu gün biz alman mədəniyyətini yüksək səviyyədə qoruyur, onların rayonumuzdakı kültürünə hörmətlə yanaşırıq. Tərəfimizdən 151 alman evi restarvasiya olunub”.

Yaponiyanın ölkəmizdəki səlahiyyətli səfiri Teruyuki Katori də öz növbəsində Şəmkirdə olmaqdan mənun olduğunu bildirib: “ 2017-ci ilin mart ayından Azərbaycana səfir təyin edilmişəm. Bu müddət ərzində ikinci dəfədir ki, Şəmkirdə oluram. Rayonunuz çox gözəl və səliqəlidir. Buranın füsünkar təbiyyəti var. Cəmi iki dəfə rayonunuzda olmağıma baxmayaraq Şəmkirin gözəlliyini duya bildim”.

Səfir Azərbaycan və Yaponiya hökuməti arasındakı dostluq əlaqələrindən də danışıb: “Alman səfiri Mixael Kindsqrab ilə çox yaxşı münasibətlərimiz var. Mənə Şəmkir haqda da ilk məlumatları Mixael Kindsqrab vermişdi. O bildirmişdi ki, bu şəhəri qurnlardan biri də almanlardır. Bir neçə gün öncə Almaniya səfirliyinin keçirdiyi tədbirdə iştirak edirdim. Səfir Mixael Kindsqrab çıxışı zamanı iki rəqəmdən danışdı 200 və 25.
200 almanların Azərbaycana, Şəmkirə ilk dəfə gəlməsini göstərir. 25 isə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını ifadə edir. Amma mən 1500 və 25 rəqəmini işlətmək istəyirəm”.

Teruyuki Katori 1500 və 25 rəqəmlərinin anlamı barədə də məlumat verib. Səfir bildirib ki, 25 ölkələrimiz arasında diplomatic əlaqələrin qurulma müddətidir: “ 1500 nədir? Bildiyiniz kimi Yaponiya tarixi bir ölkədir. Yaponiyanın tarixdə paytaxtı olmuş Nara şəhərində arxeoloji qazıntılar zamanı 1500 illik tarixə malik eksponatlar tapılıb.Həmin tapıntılar zamanı Azərbaycanda da istifadə olunan trarixi əşyalar var. Onlar ölkənizdəki qədim eksponatlarla eynidir. Bu da göstərir ki, ölkələrimiz arasında hələ 1500 il öncədən sıx əlaqələr olub. Bunun sübutu olaraq başqa bir missal da çəkə bilərəm. Azərbaycana gələndə muğamla tanış oldum. Muğam ustalarının ifa etdiyi musiqi alətlərindən biri, tarın Yaponiyada da oxşarı var. Biva adlanan bu alət ölkələrimizin mədəniyyətində də sıx əlaqələr olduğunu göstərir. Biz əsrlərdir tanış bir millətik və inanıram ki, bu əlaqələr daha da uzunömürlü olacaq”.

Görüş zamanı millət vəkili Sahibə Qafarova da səfir Teryuki Katoriyə və Yaponiya hökumətinə ölkəmizdə, xüsusilə də Şəmkirdə gördükləri humanist işlərə görə təşəkkürünü bildirib:” Sizi Şəmkir rayonundan olan bir millət vəkili kimi elimdə görməkdən çox məmnun oldum. Çox şadam ki, mən şəmkirliyəm və bu rayonu Milli Məclisdə təmsil edirəm. Səfir Teryuki Katoriyə bütün seçicilərim adından dərin təşəkkürümü bildirirəm. Alimpaşa Məmmədova da bütünü göstərdiyi dəstəklərə görə ayrıca minnətdarlığımı bildirirəm”.

Millət vəkili qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi Yaponiya Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir:”Əminəm ki, gələcəkdə də belə layihələrimiz davam edəcək”.

Görüşün sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səfir Teruyuki Katoriyə Şəmkirlilər adından hədyyə təqim edib. Daha sonra qonaqlar xatirə şəkli çəkdirib.

Keçidlər