Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir birinciliyi davam edir -FOTOLAR

02 oktyabr 2017 | 16:00

Futbol üzrə Şəmkir birinciliyinin növbəti oyunları yaddaqalan olub.

Turun ilk matçında  A qrupunda mübarizə aparan “Zəyəm” komandası Çaparlı kənd komandası üzərində 4:1 hesabı ilə qələbə qazanıb. Eyni qrupda mübarizə aparan “Keçili” komandası isə “Dəllər Cırdaxan”a 0:4 hesabı ilə məğlub olub.

Gərgin keçən oyunları ilə yadda qalan C qrupunda isə “Dəllər” və Çinarlı qəsəbəsinin eyniadlı  komandası mübarizə aparıb. 9 qol vurulduğu matçda birincilər 5:4 hesabı ilə qələbə qazanıb.

Ötən həftənin ən yadda qalan oyunu isə Qılıncbəyli kənd komandasının doğma meydanda Şəmkir şəhərinin “Qaryağdı” komandasına məğlub olması olub. Olduqca gərgin mübarizə şəraitində davam edən oyun “Qaryağdı”nın 4:2 hesablı qələbəsi ilə başa çatdı. Bununlada çempionatda məğlubiyyət tanımayan “Qaryağdı” 3 oyuna 9 xal toplayaraq qrup liderliyinə yüksəlib.

Keçidlər