Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə cüdo üzrə region birinciliyi keçirilib

01 oktyabr 2017 | 16:00

Şəmkirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə əsasən, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə 30 sentyabr - 01 oktyabr 2017-ci il tarixlərində cüdo üzrə region birinciliyi keçirilib.

Tədbirin açılış mərasimində Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ölkədə aparılan uğurlu idman siyasətindən danışaraq, bu kimi yarışların keçirilməsinin əhəmiyyəti qeyd ediblər.

Qərb bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar. 2001/2003-cü il təvəllüdlü cüdoçuların mübarizəsində Gəncə şəhər UGİM-1 komandası ümumi hesabda birinci yeri tutub. Gəncə yeniyetmə cüdoçuları region birinciliyində 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. 2004/2006-cı il təvəllüdlü kiçik yaşlı yeniyetmə cüdoçuların mübarizəsində isə Gəncə Təhsil-RİM komandası 7 qızıl, 9 gümüş, 10 bürünc medalla birinci olub.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

Qeyd edək ki, Qərb regionu üzrə birincilikdə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samux və Göy-Göl şəhərlərinin cüdoçuları mübarizə aparıblar.

Keçidlər