Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə prokurorluq işçilərinin peşə bayramı qeyd edilib -FOTOLAR

30 sentyabr 2017 | 16:00

Bu gün 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Şəmkir rayonunda tədbir keçirilib.

Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir rayon Prokuroru Azər Hətəmov, Qazax hərbi Prokuroru Şahin Zamanov və Prokurorluğun əməkdaşları müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.

Daha sonra icra başçısı və tədbir iştirakçıları Şəmkir şəhər Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.

 

Keçidlər