Şriftin ölçüsü :

Saytın rəngi :

"Zəka"nın 4 yaşı qeyd olunub»

12 sentyabr 2017 | 16:00

Şəmkir rayonunda fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi fəaliyyətə başlamasının 4 ili münasibəti ilə 11 sentyabr tarixində Mərkəzin önündə “Zəka 4 il sizinlə” adlı musiqili tədbir keçirilib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Əliyev, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayonunda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, “Synergy” CSR şirkətinin məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Tədbirində qonaqlara Mərkəzin 4 illik fəaliyyətindən ibarət hesabatı, mərkəzin yeni əməkdaşlıqları, mərkəzdə fəaliyyət göstərəcək yeni biznes layihələr və mərkəzin hazırlanmış yeni himni təqdim olunub. Tədbirin müsiqili qonağı Azərbaycan Milli Konservatoriyanın tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr lauriyyatı Urfan Cəfərov olub.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin birinci müavini Qüdrət Əliyev çıxış edərək Mərkəzin rəhbərliyini və əməkdaşlarını təbrik edib. Həmçinin Mərkəzin fəaliyyəti dövründə regionda gənclərin intellektual inkişafına şərait yaratdığını, istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəklədiyini, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi istiqamətində işlər apardığını, eyni zamanda, gənclər üçün karyera və inkişaf məktəbi olduğunu vurğulayıb.
Daha sonra digər qonaqlar da “Zəka” Gənclər Mərkəzinin həm Şəmkir, həm də region gənclərinin inkişafındakı töhvələrindən danışaraq mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.
“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin 4 yaş tortunun kəsilməsi ilə tədbir başa çatıb.

 

Keçidlər