Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban bayramı qeyd olunub

31 avqust 2017 | 16:00

İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri olan müqəddəs Qurban bayramı Şəmkir rayonunda qeyd edilib.

Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şəmkir rayonunun şəhər, kənd və qəsəbələində yaşayan 900 -ə yaxın şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, tənha ahıllara və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin birinci müavini Qüdrət Əliyev həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də Şəmkir sakinlərini təbrik edib, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığını vurğulayıb və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğunu söyləyib.
Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və İcra Başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər