Şriftin ölçüsü :

Saytın rəngi :

Koroğlunun gənc ifaçılarından olan Ülvi Qılıncla görüş.

23 avqust 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tanınmış opera müğənnisi, Koroğlunun gənc ifaçılarından olan Ülvi Qılıncla görüşüb.

Görüş zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonağı salamlayıb, gənc opera ifaçısını Şəmkirdə görməkdən məmnun olduğunu bildirib. Ülvi Qılınc da Şəmkir RİH başçısı cənab Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib, rayona səfəri barədə məlumat verib. Görüş zamanı qonaq Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında da söhbət açıb. Gənc müğənni Şəmkirin qısa zamanda Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, rayondakı təmizliyə və gözəlliyə valeh olduğunu da bildirib.

Keçidlər