Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramları qeyd olunmuşdur

23 avqust 2017 | 16:00

23 avqust 2017-ci il tarixində Şəmkir rayonunda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramları qeyd olunmuşdur.

Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları, Şəmkir rayonunda fəaliyyət göstərən idarə və müassisə rəhbərləri müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.
Peşə bayramı münasibətilə təşkil edilən mərasimdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra xidmətdə fərqlənən Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və Qaz Borru Kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin Baş leytenantı Məmmədov Azər Akif oğlu və Baş çavuşu Məmmədov Namiq Aydın oğlu Şəmkir rayon İcra Hakimiyyəti başçısının 21 avqust 2017- ci il tarixli, 139 saylı sərəncamı ilə Şəmkir rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olundular.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ildə avqustun 23-nü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzalamışdır. Əsas vəzifələri Azərbaycan Respublikasının Prezidentinin, dövlət obyektlərinin mühafizəsi, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçmişdir.

Keçidlər