Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə ordu xalqla bir araya gəldi- "XALQ ORDU ƏL-ƏLƏ"

19 iyul 2017 | 16:00

Şəmkir rayonunda "Ordu xalqla əl-ələ" devizi altında vətənpərvərlik tədbirlərinə start verilib. Rayonun idarə və təşkilatlarında, mədəni-maarif ocaqlarında silsilə tədbirlər həyata keçirilir, Müdafiə Nazirliyinin məlumatları əsasında irimiqyaslı təlimlərin gedişi barədə rayon sakinlərinə vaxtaşırı məlumatlar verilir, ehtiyatda olan hərbi vəzifəlilərin hər an təlimlərə qoşulmaq ehtimalı nəzərə alınaraq onlarla məqsədyönlü iş aparılır, ordu hissələrinin şəxsi heyəti ilə mütəmadi görüşlər keçirilir, şəhid ailələri, sağlamlıqlarını Vətənin müdafiəsi zamanı itirmiş döyüşçülər daim diqqətdə saxlanılır, veteranların gənclərin vətənpərvərlik tərbiyəsində fəallığı daha da artırılır.
Şəmkir şəhərində yerləşən Bayraq Meydanında keçirilən izdihamlı toplantı şəmkirlilərin öz ordusuna sevgi və məhəbbətinin Vətənə, xalqa, dövlətə, Ali Baş Komandanına sədaqətinin təntənəsinin nümayişinə çevrilib.
Tədbirdən əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov,Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra tədbir Bayraq Meydanında davam etdirilib.
Şəmkirlilər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını, ordu ilə xalqın birliyini tərənnüm edən şüar və plakatlarla tərtib olunmuş yay teatrına toplaşmış yüzlərlə rayon sakini Azərbaycan Respublikasının Dövlət himnini ifa ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək, Azərbaycan Ordusunun bugünkü qüdrətindən, Azərbaycan əsgərinin mərdliyindən, cəsarətindən danışıb.
İcra başçısı bildirib ki, şəmkirlilər hər zaman Ulu Ödər Heydər Əliyev ideyalarına sadiq olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə səylərini əsirgəməyəcək. Hər zaman olduğu kimi yenə də hərbi vətənpərvərlik işinin rayonda prioritet məsələ olacağını qeyd edən icra başçısı, bütün Şəmkir sakinlərinin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da Vətənə, xalqa, dövlətə, orduya sonsuz sədaqət nümunələrini göstərəcəklərini deyib.
Tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər