Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

07 iyul 2017 | 16:00

İyulun 7-də Şəmkir Heydər Əliyev Mərkəzinin önündə gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Çağırışçılar müqəddəs “Quran” və Azərbaycan Respublikasının Dövlət Bayrağının altından keçməklə hərbi xidmətə yola düşüblər.
Tədbirdə çıxış edənlər hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq, çağırışçılara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi tövsiyə edib.
Gənclərin valideynləri övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildiriblər.
Tədbirdə hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər ifa olunub.

Keçidlər