Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı görüş keçirib

03 iyul 2017 | 16:00

Əməkdar artist Teymur Əmrah Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovla görüşüb.
Görüş zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonağı salamlayıb, əməkdar artisti Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Teymur Əmrah da Şəmkir RİH başçısı cənab Alimpaşa Məmmədova səmimi qəbula görə təşəkkürünü bildirib, rayona səfəri barədə məlumat verib.
Görüş zamanı qonaq Şəmkirdə həyata keçirilə biləcək layihələr haqqında da söhbət açıb.
Əməkdar artist Şəmkirin qısa zamanda Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrildiyini, rayondakı təmizliyə və gözəlliyə valeh olduğunu da bildirib.

Keçidlər