Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə yeni sahibkarlıq obyekti istifadəyə verildi

01 iyul 2017 | 16:00

Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır. Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.
Şəmkirdə müasir görkəmi ilə diqqət çəkən daha bir sahibkarlıq obyekti istifadəyə verilib.
Bu gün açlış mərasimi keçirilən "Gold Qafqaz" Şadlıq Sarayı Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşir. Şadlıq sarayı müasir standartlara uyğun təchiz edilmiş və qonaqlara yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılmışdır. Ümumi sahəsi 3300 kv. metr, qonaq tutumu 800, işçilərin sayı 70 nəfər olan sahibkarlıq obyektinin nəznində yaxın günlərdə ticarət mərkəzi də fəaliyyətə başlayacaqdır.
Açlış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd edib ki, yerlərdə bu cür müasir, yüksək parametrli xidmət sahələrinin yaradılıb sakinlərimizin ixtiyarına verilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı üçün yaratdığı münbit şəraitin bariz nümunəsidir: “Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Bü gün Şəmkirdə sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır, bundan sonra da yaradılacaq. Biz rayonumuzda sahibkarlığın inkişafı, yeni müasir obyektlərin yaradılması üçün sahibkarlara dəstəyimizi heç vaxt əsirgəməyəcəyik.”
Daha sonra şadlıq sarayının açılışını ifadə edən rəmzi qırmızı lent kəsildi və tədbir iştirakçıları burada yaradılan şəraitlə əyani tanış oldular.

Keçidlər