Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH-də yeni kadr təyinatı

24 may 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Abdullayeva Aynur Ayaz qızı bundan sonra rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışacaq.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə gənc xanım müavin Aynur Abdullayeva Aparatın kollektivinə təqdim edilib. Təqdimat mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd edib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Rayon İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycanda gənclər siyasətin banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir: “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Aynur Abdullayeva da Şəmkirin fəal gənclərindən biridir. Bu gün hər birimiz ona böyük etimad göstəririk və inanırıq ki, gənc xanım ona olan etimadları layiqincə doğruldacaq.”
Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər heyəti Aynur Abdullayevaya yeni işində uğurlar arzuladılar. Qeyd etdilər ki, son illərdə Şəmkirdə yeni təyinatlar, xüsusilə də gənc kadrların vəzifəyə təyin edilməsi geniş vüsət almış və onlar da etimadı layiqincə doğrultmuşlar. Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski, Şəmkir Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov, Şəmkir Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Höccət Əsədullayev də Aynur Abdullayevaya yeni işində uğurlar arzulayıblar.
Aynur Abdullayeva da çıxışında ona göstərilən etimada görə rayon rəhbərliyinə təşəkkürünü bildirib, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib

Keçidlər