Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir RİH başçısı Aparatında yeni kadr təyinatı olmuşdur.

26 aprel 2017 | 16:00

26 aprel 2017-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatında yeni kadr təyinatı olmuşdur.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun əmrinə əsasən Mustafayev Rasim Yaqub oğlu bundan sonra Rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Hüseynov Elmir Afiq oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbə müdirinin müavini və Hüseynov Habil Vilayət oğlu isə İnformasiya təminatı və təhlil sektorunda Aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşlar.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun iştirakı ilə yeni kadrlar kollektivə təqdim edilmişdir.

Keçidlər