Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə "Su festivalı" keçirildi

21 aprel 2017 | 16:00

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Şəmkir şəhərində konsert olub.
Aprelin 21-də axşam saatlarında IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Şəmkir şəhəri Bayraq Meydanında möhtəşəm konsert olub.
Konsertin aparıcısı Kamilə Babayeva IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.
Konsert proqramı incəsənət xadimlərinin və rəqs qruplarının möhtəşəm çıxışları ilə davam edib.
Qeyd edək ki, sonda rəngarəngliyi ilə yadda qalan atəşfəşanlıq olub.

Keçidlər