Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Şahin” hərbi-idman oyunları keçirilib

20 aprel 2017 | 16:00

Şəmkir rayonunun “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyunları üzrə zona birinciliyi keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, “N” saylı hərbi hissənin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin, rayonun Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin, Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi iştirak edib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək müxtəlif rayonlardan gəlmiş gəncləri salamlayaraq onlara qalibiyyət arzulayıb. Alimpaşa Məmmədov çıxışında “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu bildirib.
Şahin hərbi idman oyunlarında Mingəçevir və Gəncə şəhərləri, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Daşkəsən, Samux, Qəbələ və Kəlbəcər rayonlarından olan məktəblilər iştirak edib.
Yarışın nəticəsinə görə I yerə Mingəçevir şəhərinin komandası, II yerə Samux rayonunun komandası, III yerə isə Qazax rayonunun komandası layiq görülüb.

Keçidlər