Şriftin ölçüsü :

Saytın rəngi :

Xanoğlan Xəlilov ölümündən “Hərbi xidmətətdə fərqləndiyinə görə III dərəcəli medal”la təltif olunub

03 aprel 2017 | 16:00

     Bu gün Şəmkirin Şeidlər kəndində cəbhədə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, şəhid Xəlilov Xanoğlan İntizam oğlu vətən uğrunda canından keçməsinin 40-cı günündə anılmışdır.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İH başçısı Aparatının şöbə müdirləri, əməkdaşları, Millət vəkili Sona Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Şəhidin hərbiçi yoldaşları, YAP Şəmkir rayon təşkilatının fəalları və gənclər, Qarabağ Qaziləri, kənd sakinləri, şəhidin yaxınları, Şəmkirdə yerləşən məktəbəqədər və orta təhsil, səhiyyə və digər müəssisələrinin, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar iştirak edib. 
 Tədbir şəhid Xanoğlan Xəlilovun məzarı önündə keçirilib. 
  Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirib, Vətən uğrunda canlarını qurban vermiş şəxslərin ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını diqqətə çatdırıblar.
Tədbirdə çıxış edənlər qəhrəmanın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Xanoğlan Xəlilovun timsalında şəhidlərin, milli qəhrəmanların cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib.
Xanoğlan Xəlilov ölümündən sonra genral-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətətdə fərqləndiyinə görə 3-cü dərəcəli medal”la təltif olunub. Anım tədbirində şəhidin medalı atası İntizam Xəlilova təqdim olunub. 

Keçidlər