Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA-nın təşəbbüsü ilə Şəmkirdə ağaçəkmə aksiyası keçirilib

01 aprel 2017 | 16:00

Ətraf mühitin mühafizəsi və təbiətin qorunması üzrə aparıcı təşkilat olan IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Məktəb bağları” layihəsi çərçivəsində Şəmkir məktəblərinin ərazisində ağaclar əkilib.
Şəmkir şəhər Cahangir Rüstəmov və Morul adına şəhər tam orta məktəblərində, eyni zamanda Dəllər Cəyir, Çaparlı, İrmaşlı kənd tam orta məktəblərində ümumilikdə 500 ədəd xurma, armud və nar ağacları əkilib.
Qeyd edək ki, layihənin əsas məqsədi məktəbliləri ekoloji təmiz qida ilə təmin etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Keçidlər