Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Skautların Novruz Düşərgəsi keçirilir

22 mart 2017 | 16:00

Martın 22-də Azərbaycan Skautlar Assossasiyasının və Şəmkir Rayon icra Hakimiyyətinin dəstəyi ilə rayonun  gözəl güşələrdən biri olan Çənlibel kəndi ərazisində Skautların Yaz açılış mərasimi keçirilib.
Açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov iştirak edib. Düşərgə ilə yaxından tanış olan İcra başçısı qonaqları salamlayaraq onlara xoş istirahətlər arzulayıb.
Tədbirdə Şəmkir Skaut dəstəsi ilə yanaşı Bakı, Gəncə, Şəki, Mingəçevir, Göygöl, Biləsuvar və Türkiyədən dəvət olunmuş Skautlarda iştirak edib.
150 nəfərə yaxın skautun iştirak etdiyi tədbirin əsas məqsədi uşaqların yaz tətilini səmərəli keçirməklə onları bölgənin Novruz adət ənənələri ilə yaxından tanış etməkdən ibarətdir.
Qeyd edək düşərgə 22-25 mart tarixləri əhatə edəcəkdir.

Keçidlər