Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə möhtəşəm Novruz şənliyi

17 mart 2017 | 16:00

Şəmkirdə möhtəşəm Novruz şənliyi Şəmkir rayonunda Heydər Əliyev Mərkəzinin qarşısında möhtəşəmliyi və rəngarəngliyi ilə yadda qalan Novruz şənliyi keçirildi.

Bayram şousu xüsusi şənlik ab-havası ilə fərqlənirdi. Bayram münasibətilə Rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı meydan və ətrafdakı park bayramsayağı Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Novruzun rəmzi olan böyük tonqalı alovlandırıb. Xalqımızın ən sevimli bayramlarından olan Novruzun gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaradıb.
Murov dağında N saylı hərbi hissədə qulluq edən əsgərlərimiz tədbirdə iştirak edib və hər birinə Novruz xonçası təqdim edilib.  Rəngarəngliyi ilə yadda qalan bayram tədbirində uduş lotoreyaları oynanılıb və qaliblər müxtəlif növ hədiyyələr əldə ediblər. Yadda qalan ən maraqlı məqamlardan biri isə sonda lotoreyanın surpriz uduşunda oynanılan SAMSUNG markalı mobil telefonun qalibinin N saylı Hərbi hissənin əsgərinin olması olub.
Murad Arifin aparacılığı və şən musiqiləri ilə davam edən bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.

Keçidlər