Şriftin ölçüsü :

Saytın rəngi :

Qaracəmirli kənd Ağsaqqalllar Şurasının tərkibi yenidən seçilmişdir

10 mart 2017 | 16:00

Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər.
Martın 10-da Şəmkir rayon Qaracəmirli kənd Ağsaqqalllar Şurasının tərkibinin seçilməsi ilə əlaqədar olaraq iclas keçirilib. İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon Ağsaqallar Şurasının sədri və müavini, Qaracəmirli kənd sakinləri və ağsaqqalları iştirak edib.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ilk öncə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab olunduğunu qeyd edərək, ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun vacibliyini qeyd etmişdir. Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərdiyini vurğulamışdır.
İclasda iştirak edən kənd sakinləri Qaracəmirli kənd Ağsaqqallar Şurasının demokratik əsaslarla yeni tərkibinin seçilməsində iştirak ediblər. Açıq səsvermə zamanı Qaracəmirli kənd Ağsaqqallar Şurasının 11 nəfərdən ibarət tərkibi müəyyən edilib. Ağsaqqallar Şurasının yeni seçilmiş tərkibi Nurəddin Şəmmədovu sədr, Abbas Sərdarovu isə müavin təyin ediblər.
Qaracəmirli kənd Ağsaqqallar şurasının yeni seçilmiş sədri çıxış edərək, ölkədə gedən inkişaf proseslərini yüksək qiymətləndirib və Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətə ağsaqqalların hər zaman dəstək verəcəklərini bildirib.
Çıxış edən digər tədbir iştirakçıları yeni seçilmiş Qaracəmirli kənd Ağsaqqallar şurasının işinə uğurlar arzulayaraq onların fəaliyyətinin səmərəli olacağına inandıqlarını bildiriblər.

Keçidlər