Şriftin ölçüsü :

Saytın rəngi :

Bolqarıstanın Azərbaycandakı səfiri Şəmkirdə olub

30 yanvar 2017 | 16:00

Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristova Şəmkirə səfər edib. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, müavin Fəxrəddin Vəliyev, Şəmkir Mədəniyyət və Turizm şöbəsinin müdiri Əsgər Ələsgərovla görüş zamanı səfirə rayonun tarixi, coğrafi mövqeyi, iqtisadi imkanları barədə geniş məlumat verilib. Şəmkirdə məskunlaşan azsaylı xalqların həyat tərzi, yaşayış səviyyəsi haqqında geniş fikir mübadiləsi aparılıb. Səfir xanım Maya Xristova Şəmkirə səfərindən məmnunluğunu ifadə edib. Diplomat Azərbaycanın sürətlə inkişaf etdiyini, gələcəkdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb. Daha sonra xanım M.Xristova Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsində olub. Qonağa kilsə haqqında geniş məlumat verilib. Sonra diplomat Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində, “Zəka” Gənclərin İntelektual İnkişafı və Yaradıcılıq mərkəzi ilə tanış olub.

Keçidlər