Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların növbəti qəbulu

28 oktyabr 2016 | 16:00

Oktyabrın 28-də Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun başçılığı ilə vətəndaşların növbəti şifahi qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər. Vətəndaşların qəbulu üç saata yaxın davam etmişdir. Qəbula yazılmış 68 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

Keçidlər