Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Şəmkirə səfər edib.

26 oktyabr 2016 | 16:00

 Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncamına əsasən, gələn il təşkil olunacaq tədbirlərlə bağlı rayon rəhbərliyi ilə danışıqlar aparılıb. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, müavinlər Məleykə Əlizadə və Fəxrəddin Vəliyevlə görüş zamanı səfirə rayonun tarixi, coğrafi mövqeyi, iqtisadi imkanları barədə geniş məlumat verilib. Şəmkirdə məskunlaşan almanların həyat tərzi, yaşayış səviyyəsi haqqında geniş fikir mübadiləsi aparılıb. Daha sonra alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı tədbirlər planı müzakirə olunub.
Səfir Mixael Kindsqrab Şəmkirə səfərindən məmnunluğunu ifadə edib. Diplomat Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib, gələcəkdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb.
Daha sonra səfir Mixael Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsində olub. Qonağa kilsə haqqında geniş məlumat verilib. Sonra diplomat Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində, “AzAqro” MMC-də, Bayraq Meydanında, “Zəka” Gənclərin İntelektual İnkişafı və Yaradıcılıq mərkəzində olub.

Keçidlər