Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Gənc Məktəbəqədər Tərbiyəçilər Birliyinin təsis yığıncağı

05 oktyabr 2016 | 16:00

 

Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun təşəbbüsü ilə Şəmkir Gənc Məktəbəqədər Tərbiyəçilər Birliyinin təsis yığıncağı keçirilmişdir. Yığıncaqda Şəmkir Rayonu İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Məleykə xanım Əlizadə, rayonun səlahiyyətli nümayəndələri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, metodistlər və gənc tərbiyəçilər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Məleykə xanım Əlizadə son illər rayonda məktəbəqədər təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan danışmış, məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət, problemlər və prioritetlər haqqında məlumat vermişdir. Eyni zamanda təsis ediləcək Şəmkir Gənc Məktəbəqədər Tərbiyəçilər Birliyinin məqsədi, bu birliyin təhsilin ilk pilləsi olan məktəbəqədər təhsilin inkişafında oynayacağı rolunu vurğulamışdır.
Yığıncaqda Şəmkir rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, Şəmkir rayon Gənclər və İdman idarəsinin müdiri Emin İsmayılov, Şəmkir rayon Gənc Həkimlər birliyinin sədri Samir Namazov, Şəmkir rayon Gənc Müəllimlər birliyinin sədri Hafiz Pənahov çıxış edərək yaradılacaq Gənc Məktəbəqədər Tərbiyəçilər Birliyinə öz tövsiyələrini vermiş və uğurlar diləyərək əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etmişlər.
Yekun nitqi ilə Şəmkir Rayonu İcra Hakimiyyəti Aparatının rəhbəri cənab Alimpaşa Məmmədov çıxış edərək ölkəmizdə həyata keçirilən islahatların Şəmkir rayonunda da öz təzahürünü tapdığını, Dövlət Gənclər Siyasətinə bu birliyin təsis edilməsinin töhvə olacağını bildirərək onlara uğurlar diləmişdir.

Keçidlər