Şriftin ölçüsü :

Saytın rəngi :

Belarus Respublikasından gəlmiş qonaqlar Şəmkirdə

08 iyul 2016 | 16:00

Azərbaycanda "Belarus Gəncləri Günləri"nə start verilib. Bu münasibətlə layihə iştirakçıları Azərbaycanın gənclər paytaxtı Şəmkirdə olublar.
08 iyul 2016-cı il tarixdə Şəmkir rayonunda qonaq olan Belarus Respublikasının gəncləri “Zəka” gənclər mərkəzində Gənc sənətkarların dekorativ tətbiqi sənət sərgisi və Belarus Respublikası Gənclərinin layihələrinin təqdimatı olmuşdur.
Daha sonra Şəmkir Gənclər Mərkəzi və Nesvij səhər gənclik mərkəzi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Azərbaycan respublikası Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayevin iştiraki ilə Azərbaycan və Belarus gənclər təşkilatları ilə “Gənclər siyasəti sahəsində Belarus-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Qonaqlar “Zəka” Gənclər mərkəzi ilə tanış olaraq, Şəmkir şəhərini gəzərək “Lüteran” alman kilsəsini, Xəqani şəhər parkını və Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.

Keçidlər